Şuşa. Trend:
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın-Xankəndi yolundan RSK-ya məxsus 2 yük avtomobili maneəsiz keçid edib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirilir. Aksiya ötən ilin dekabrın 12-dən etibarən başlayıb.