...

Ağdam rayonun 25 faizi mina və partladılmamış sursatlardan təmizlənib

Gündəm Materials 28 Fevral 2023 13:42 (UTC +04:00)
Ağdam rayonun 25 faizi mina və partladılmamış sursatlardan təmizlənib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Ağdam. Trend

Ağdam rayonun təxminən 25 faizi mina və partladılmamış sursatlardan təmizlənib.

Trend-in Ağdama ezam olunan müxbiri xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ağdam rayonu üzrə ötən illər ərzində 16 min hektardan çox ərazi mina və partladılmamış hərbi sursatlardan təmizlənib.

“Bu ilin planına uyğun olaraq daha 10 min hektardan çox ərazi təmizlənərək adiyyatı üzrə təhvil veriləcək", - deyə sədr qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti