...

Energetika Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turniri keçirilir (FOTO)

Gündəm Materials 1 Aprel 2023 12:02 (UTC +04:00)
Energetika Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turniri keçirilir (FOTO)

Bakı. Trend:

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Energetika Nazirliyi üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq energetika sahəsində fəaliyyət göstərən dövlət qurumları arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turniri start götürüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ölkəmizdə bütün digər sahələrdə olduğu kimi, idmanın inkişafına da böyük diqqətlə yanaşmış Ulu Öndər Heydər Əliyevin xatirəsinin anılması, eləcə də sağlam həyat tərzinin təşviqi məqsədi ilə təşkil edilən turnir Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə keçirilir.

Energetika Nazirliyi aparatının, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC və “Azəristiliktəchizat” ASC-nin iştirak etdiyi turnirdə ilk üç yeri tutan komandaların və bir sıra nominasiyalar üzrə oyunçuların mükafatlandırılması nəzərdə tutulur. Final oyunu və mükafatlandırma mərasimi mayın 6-da keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti