...

Valideyn görüşü zamanı əsgərə yaxın qohumu narkotik vasitə gətirib

Gündəm Materials 17 Aprel 2023 17:01 (UTC +04:00)

Bakı. Trend:

Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində keçirilən valideyn görüşü zamanı əsgərlə görüşə gələn yaxın qohumu əsgərə narkotik vasitə gətirib.

Bu faktı Trend-ə DSX-nın mətbuat mərkəzindən təsdiq ediblər.

"Hərbi qulluqçuya narkotik vasitəni gətirən şəxs barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və hərbi qulluqçunun valideynlərinə məlumat verilib.

Fakt üzrə araşdırma tədbiri davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti