...

Sosial şəbəkələrdə mina partlayışı baş verən ərazidən görüntülər yayılıb (FOTO/VİDEO)

Gündəm Materials 22 Aprel 2023 19:33 (UTC +04:00)

Bakı. Trend:

Sosial şəbəkələrdə Şuşada mina partlayışı baş verən ərazidən görüntülər yayılıb.

Bu barədə Trend sosial şəbəkələrə istinadən xəbər verir.

Xatırladaq ki, aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib.

Xəbər lenti

Xəbər lenti