...

"Google Meet" yeniləndi: Artıq daha keyfiyyətli zənglər mümkündür

Gündəm Materials 1 May 2023 13:38 (UTC +04:00)
"Google Meet" yeniləndi: Artıq daha keyfiyyətli zənglər mümkündür
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Skype" və "Zoom" kimi rəqib platformalara alternativ olaraq hazırlanmış "Google Meet" yenilənib.

Trend-in məlumatına görə, yeniləmə ilə artıq "Google" xidməti "Zoom" və "Teams" kimi rəqiblərin sahib olduğu seçimi əldə edir. Bundan sonra "Google Meet"də zənglər daha keyfiyyətli 1080p formatında olacaq.

Lakin "Meet"in 1080p versiyasında təklif etdiyi zənglər digər platformalarla müqayisədə kifayət qədər məhduddur. Hazırda yalnız "Meet" veb versiyasında əlçatandır və funksiya yalnız iki nəfərlik zənglər üçün aktiv edilə bilər. Həmçinin, funksiya yalnız ödənişli "Google Workspace" və 2TB-dan çox olan "Google One" abunəçiləri üçün əlçatandır. Mayın 19-da yayımlanacaq yeniləmənin bir çox məhdudiyyəti olacaq, lakin "Google" tezliklə daha ümumi şəkildə istifadəyə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti