...

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək – XƏBƏRDARLIQ

Gündəm Materials 2 İyun 2023 22:56 (UTC +04:00)
Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək – XƏBƏRDARLIQ

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.

Trend-in məlumatına görə, qurum iyunun 4-ü gündüz və 5-dən 9-dək güclü küləkli hava şəraiti ilə əlaqədar əhalinin çoxmərtəbəli binaların, irigövdəli ağacların, təhlükə yarada biləcək hasarların yanında durmağı məsləhət görmür.

“Gursululuq dövrü nəzərə alınaraq leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuğun artacağı və bunun nəticəsində bəzi dağ çaylarından sel keçəcəyi gözlənilir. Buna görə də əhalinin çay hövzələrindən kənarda durmağı məsləhət görülür”, - deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti