Bakı. Trend:
Cari ilin yanvar ayında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur.
Bu barədə Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir.
Qeyd olunur ki, hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur.
İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9
TEL: (+98413) 333 48 03
FAKS: (+98413) 331 53 80
E-MAIL: [email protected]
WEBSITE: tabriz.mfa.gov.az