...

"YouTube" tezliklə yaşıl ekran effekti təqdim edəcək

Gündəm Materials 22 Sentyabr 2023 12:52 (UTC +04:00)
"YouTube" tezliklə yaşıl ekran effekti təqdim edəcək
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn ildən etibarən “YouTube Shorts” istifadəçiləri videolar düzəldərkən süni intellektlə yaradılmış şəkillərdən və ya videolardan fonda istifadə edə biləcəklər.

Trend-in məlumatına görə, “Dream Screen” adlanan yeni texnologiya süni intellektdən istifadə edərək, yaşıl ekran effekti tətbiq edir.

“TikTok” kimi platformalarda da gördüyümüz bu effekt istifadəçinin fonunu süni intellektlə yaradılmış şəkillər və ya videolarla əvəz edə bilər. “Dream Screen” funksiyası 2024-cü ildə "YouTube Shorts" istifadəçiləri üçün əlçatan olacaq.

Qeyd edək ki, “YouTube” dünyanın ən böyük video paylaşma platformalarından biridir. 15 fevral 2005-ci ildə 3 keçmiş “PayPal” işçisi tərəfindən qurulub və 2006-cı ilin oktyabrında “Google” tərəfindən satın alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti