...

“WhatsApp”da çoxdan gözlənilən yenilik

Gündəm Materials 5 Oktyabr 2023 10:22 (UTC +04:00)
“WhatsApp”da çoxdan gözlənilən yenilik
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“WhatsApp”ın “iOS” və “Android” üçün olan son beta versiyasına zənglər zamanı istifadəçinin IP (internet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı) ünvanının qorunması funksiyası əlavə olunub.

Trend-in məlumatına görə, yeni funksiya sayəsində istifadəçilər səsli və videozənglər edərkən IP ünvanlarını gizlədə biləcəklər.

Bu, funksiya fırıldaqçıların istifadəçinin IP ünvanını əldə etməsini və məsələn, onun yerini tapmasını çətinləşdirəcək.

“WhatsApp”da IP ünvanın qorunması funksiyasını necə aktivləşdirmək olar?

1. "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.

2. Növbəti ekranda "Məxfilik" xanasında aktivləşdirə bilərsiniz.

Hələlik sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti