...

BQXK ötən ay Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına baş çəkib

Gündəm Materials 17 Oktyabr 2023 14:02 (UTC +04:00)
BQXK ötən ay Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına baş çəkib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına sentyabr ayında baş çəkiblər.

Trend xəbər verir ki, bu barədə BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova açıqlama verib.

“Bu şəxslərə müntəzəm olaraq baş çəkirik. Onların ailələri ilə əlaqə saxlamasına şərait yaradılır”,- deyə o əlavə edib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb.

Daha sonra Ermənistan tərəfindən əsir götürülmüş əsgərlər - Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı Ermənistanın qurama "məhkəmə prosesi"ni və Aqşin Bəbirovun həbsi ilə bağlı qondarma "qərar" verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti