Bakı. Trend:
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı
rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən
Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin
növbəti iclası fasilədən sonra davam etdirilib.
Trend-in məlumatına görə, iclasın davamında təqsirləndirilən şəxsin
müdafiəçisi çıxış edib.
V.Xaçtryan məhkəmədə son sözünü deyib. O, soyqırımda iştirak
etmədiyini iddia edib.
Çıxışdan sonra məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib.
Qeyd edək ki, iclasın birinci hissəsində dövlət ittihamçısı çıxış
edərək V.Xaçaturyanın ağır cinayət törətdiyini diqqətə
çatdırıb.
O bildirib ki, məhkəmə iclasları zamanı V.Xaçatryana insani
münasibət göstərilib və özünü müdafiəsi üçün ona lazımi şərait
yaradılıb.
Dövlət ittihamçısı qeyd edib ki, məhkəmə iclasında V.Xaçatryanın
törətdiyi cinayət əməlləri sübuta yetirilib.
O, məhkəmədən V.Xaçatryana 15 il azadlıqdan məhrum etmə cəzası
verilməsini xahiş edib.
XXX
Saat 11.02
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı
rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən
Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin
növbəti iclası keçirilir.
Trend-in məlumatına görə, iclasda dövlət ittihamçısı çıxış edərək
V.Xaçaturyanın ağır cinayət törətdiyini diqqətə çatdırıb.
O bildirib ki, məhkəmə iclasları zamanı V.Xaçatryana insani
münasibət göstərilib və özünü müdafiəsi üçün ona lazımi şərait
yaradılıb.
Dövlət ittihamçısı qeyd edib ki, məhkəmə iclasında V.Xaçatryanın
törətdiyi cinayət əməlləri sübuta yetirilib.
O, məhkəmədən V.Xaçatryanın 15 il azadlıqdan məhrum etmə cəzasına
məhkum edilməsini xahiş edib.