Bakı. Trend:
Bu ilin əvvəlində Çin texnologiya şirkəti “Insta360” xüsusi kosmik missiya üçün addımlar atıb.
Trend-in məlumatına görə, bu kosmik missiya üçün şirkət aşağı Yer orbitinə iki kamera göndərib. “Insta360” adlanan bu kameraların ən əhəmiyyətli xüsusiyyəti 360 dərəcə görüntülər çəkmələridir.
Dünyada ilk olduğunu iddia edən şirkət kameranı peyk vasitəsilə göndərib. Bundan əlavə, ortaya çıxan görüntülər Yerdən 300 mil uzaqda çəkilib.
Qeyd edək ki, kameranın çəkdiyi görüntülərə baxdıqda kosmosda qalaktikaların və ulduzların aydın şəkildə göründüyünü də görmək mümkündür.