...

Çin bu il “Long March 12” daşıyıcı raketini orbitə çıxaracaq

Gündəm Materials 27 Fevral 2024 10:15 (UTC +04:00)
Çin bu il “Long March 12” daşıyıcı raketini orbitə çıxaracaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Çin ilk dəfə olaraq yeni dizayn edilmiş ikipilləli maye yanacaq daşıyıcısı CZ-12 (“Chang March 12”) daşıyıcısını orbitə buraxacaq.

Trend xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

Buraxılışın Çinin Vençan şəhərindəki keçən ilin sonunda istifadəyə verilmiş yeganə kommersiya kosmodromunun ərazisindən həyata keçirilməsi planlaşdırılır. CZ-12-nin yaradılması üzrə bütün təkmilləşdirmə işləri başa çatıb və o, uçuş öncəsi sınaqlardan keçirilir.

Yeni raket aşağı Yer orbitinə ən azı 10 ton, Günəşlə sinxron orbitə isə azı 6 ton faydalı yük çatdıra biləcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti