...

Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir (FOTO)

Gündəm Materials 13 Aprel 2024 11:25 (UTC +04:00)
Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir (FOTO)

Bakı. Trend:

Cari ilin hazırlıq planına əsasən, hərbi qulluqçuların maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir.

Hərbi qulluqçularla maarifləndirici söhbətlər, fikir mübadiləsi aparılır, onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diplomatik fəaliyyətinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilir, həmçinin şəxsi heyəti maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.

Keçirilən dərslər və məşğələlərdə mənəvi-psixoloji hazırlıqlı bütün hərbi qulluqçular Vətən torpaqlarını istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirirlər.

Xəbər lenti

Xəbər lenti