Bakı. Trend:
Türkiyə Milli Təhlükəsizlik Şurasının bugünkü iclasında Azərbaycanla Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunacaq.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, iclasda terrorla mübarizə, Yaxın Şərq və Ukraynadakı vəziyyət, eləcə də, bir sıra digər regional və beynəlxalq məsələlərin müzakirəsi yer alacaq.