Bakı. Trend:
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən 2024-cü ildə paytaxtın müxtəlif küçə və prospektlərində ümumilikdə 389 işıqfor quraşdırılıb.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, onlardan 235-i avtomobil, 154-ü isə piyada işıqforudur. Bununla yanaşı, 25 yolayrıcındakı svetoforlardan 10-da vaxt planı, 15-də isə iş rejimi dəyişdirilib.
Ötən il bu yollarda işıqforların vaxt planı və iş rejimi dəyişdirilib. Nəticədə nəqliyyat sıxlığı azalıb, qəza şəraiti aradan qalxıb.