...

İlkin tibbi sanitariya yardımı xidmətinin hazırlanması ilə bağlı İşçi Qrupu yaradılıb

Gündəm Materials 30 Yanvar 2025 11:42 (UTC +04:00)
İlkin tibbi sanitariya yardımı xidmətinin hazırlanması ilə bağlı İşçi Qrupu yaradılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İlkin tibbi sanitariya yardımı xidmətinin hazırlanması ilə bağlı Səhiyyə Nazirliyi və İcbari Tibbi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) birgə İşçi Qrup yaradıb.

Trend xəbər verir ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Milli Məclisdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə məlumat verib.

O qeyd edib ki, məqsəd ilkin tibbi sanitariya yardımı xidmətinin hazırlanması ilə bağlı işlərin həllidir:

“Yaşadığı regiondan asılı olmayaraq hər kəsin tibbi xidmətlərə əlçatanlığı təmin olunmalıdır. İlkin səhiyyə xidməti hansı ölkədə güclüdürsə, orada əhali daha sağlam yaşayır. Bu, əlaqələndirici zəncirin bir hissəsidir. İlkin səhiyyə xidməti nə qədər güclü olsa, müraciət edən şəxs düzgün şəkildə əlaqələndiriləcək. Burada söhbət sadəcə göndərişdən getmir”.

Xəbər lenti

Xəbər lenti