...

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutulub

Gündəm Materials 5 Fevral 2025 14:45 (UTC +04:00)
Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutulub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 56 yaşlı Tahir Rəhimov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, o, ayrı-ayrı vətəndaşları əsasən dövlət qurumunda işə düzəltmək və işçi müqaviləsinin müddətini artırmaq kimi yalan vədlərlə aldadaraq həmin şəxslərin xeyli miqdarda maddi vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, T.Rəhimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti