...

Bakıda yağışın yaratdığı fəsadlar aradan qaldırılır? - AÇIQLAMA

Gündəm Materials 17 Aprel 2025 11:30 (UTC +04:00)
Bakıda yağışın yaratdığı fəsadlar aradan qaldırılır? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda yağışın yaratdığı fəsadlar aradan qaldırılır.

Bunu Trend-in sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

"Bu gün də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti intensiv yağıntılar zamanı müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Xüsusilə rayonlar üzrə sukanal idarələrinin işçi heyəti yığılan suların ərazilərdən çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi və fəaliyyətinin bərpası istiqamətində müntəzəm və fasiləsiz işlər icra edirlər", - deyə qurumdan məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti