...

Lənkəranda elektrik enerjisinin verilişində fasilə yaranacaq

Gündəm Materials 23 Aprel 2025 09:38 (UTC +04:00)
Lənkəranda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsində (EŞ) 35 kV-luq “Xanbulan” hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar aprelin 23-də bir sıra kəndlərdə elektrik xətləri sifarişə əsasən açılacaq.

"Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək rayonun Kərgəlan, Şağlaküçə, Qurumba, Xanbulan, Parakənd, Bürcəli, Daştatük, Rvo, Şovu kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti