...

Sumqayıt və Sabirabadda dəmir yollarından oğurluq edən şəxslər saxlanılıblar

Gündəm Materials 23 Aprel 2025 13:41 (UTC +04:00)
Sumqayıt və Sabirabadda dəmir yollarından oğurluq edən şəxslər saxlanılıblar
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt dəmir yolu stansiyası ərazisində oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, naməlum şəxsin alət saxlama otağından metal konstruksiyaların oğurlaması barədə polisə məlumat daxil olub.

Bildirilir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəhər sakini 29 yaşlı R.Üzeyirov saxlanılıb.

Analoji hadisə Sabirabad dəmir yolu stansiyası ərazisində də qeydə alınıb. Elektrik dirəklərinin hissələrini talamaqda şübhəli bilinən paytaxt sakinləri 24 yaşlı A.Yüzbaşev və 49 yaşlı Ş.Kamalov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti