...

Narkotik vasitənin təsiri altında olan sürücü saxlanılıb

Gündəm Materials 17 May 2025 13:13 (UTC +04:00)
Narkotik vasitənin təsiri altında olan sürücü saxlanılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Narkotik vasitənin təsiri altında avtomobili idarə edən sürücü saxlanılıb

Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı Q.Nəcəfov saxlanılıb.

Onun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı marixuana aşkar olunaraq götürülüb. Sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi də müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti