Bakı. Trend:
ABŞ İrana qarşı nüvə sahəsinə aid olmayan sanksiyaları qüvvədə saxlaya bilər.
Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edən Marko Rubio ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin dinləmələrində bildirib.
"Terrorizm, ballistik raket proqramı və digər bu kimi sanksiyalarla bağlı sanksiyalar var. Bu sanksiyalar sazişin bir hissəsi olmasa, bu məsələlər həll olunmasa, qüvvədə qalacaq", - deyə M.Rubio qeyd edib.
O, ABŞ-nin mövqeyini təkrarlayıb ki, İrana uranı "zənginləşdirmək imkanı verilməməlidir".