...

Nəhayət 32 ildən sonra doğma kəndimizə qayıdırıq - Qara Səmədov

Gündəm Materials 27 May 2025 07:15 (UTC +04:00)
Nəhayət 32 ildən sonra doğma kəndimizə qayıdırıq - Qara Səmədov
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Nəhayət 32 ildən sonra doğma kəndimiz Kəngərliyə qayıdırıq.

Bunu Trend-ə açıqlamasında Ağdam sakini Qara Səmədov deyib.

Onun sözlərinə görə, bütün bu illəri torpaq, kənd həsrəti ilə yaşayıb.

"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah Prezidentimizi qorusun. Biz bu günü çoxdan arzulayır və gözləyirdik. İndi ailəmlə, nəvələrimlə birlikdə qayıdıram. Arzum təhsil aldığım məktəbi görmək, qəbirstanlığımızı ziyarət etməkdir", - deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti