Bakı. Trend:
Azərbaycana səfər etmiş çinli turistlərin sayı 70 faiz artıb.
Trend xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey səfirlik binasında Sivilizasiyalar arasında Birinci Beynəlxalq Dialoq Günü münasibətilə keçirilən brifinqdə deyib.
Xanım səfirin sözlərinə görə, iki ölkə arasında humanitar əlaqələr yüksək templə inkişaf edir, ələlxüsus turizm, təhsil, mədəniyyət və media sahələrində bu dinamika çox yüksəkdir.
“Bu ilin yanvar ayından aprel ayına kimi Azərbaycana gəlmiş çinli turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 70 faiz artıb”, - deyə L.Mey bildirib.