Bakı. Trend:
Azərbaycan tərəfindən İran İslam Respublikasından təxliyələrin
həyata keçirilməsinə dəstək göstərir. İranda yaranmış böhran
vəziyyəti bəzi ölkələrin İranda qalmış vətəndaşlarının təxliyəsinə
gətirib çıxarıb.
Trend xəbər
verir ki, Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında,
ölkəmiz İran İslam Respublikasından təxliyyələrin həyata
keçirilməsinə dəstək göstərir.
Belə ki, görülən müvafiq tədbirlər nəticəsində, yaxın günlərdə bir sıra ölkələrin nümayəndələrinin və vətəndaşlarının, İranda səfərdə olan Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiya Federasiyasının xalq artisti və rejissor Fyodr Bondarçuk daxil olmaqla, Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət heyətinin quru yolla İrandan Azərbaycana gəlməsi nəzərdə tutulur.