Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat subyektlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Trend xəbər verir ki, müzakirə zamanı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin işinə xüsusi diqqət yetirilib.
Trestin rəhbərliyi daxili audit zamanı aşkar edilmiş nöqsanlara görə ciddi tənqid edilib.
Bununla əlaqədar Bakı Şəhər Mənzil və Kommunal Təsərrüfatı Departamentinin rəhbərliyinə trestin rəhbərinin vəzifədə saxlanılmasının mümkünlüyünü nəzərdən keçirmək tapşırılıb.
