...

Azərbaycan polisi əvvəllər məhkum olunmuş şəxsin mənzilində narkotika aşkar edib

Hadisə Materials 2 Oktyabr 2008 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr / Trend ,K. Zərbalıyeva/ Azərbaycan polisi əvvəllər məhkum olunmuş şəxsin mənzilində 9 kiloqramdan artıq marixuana aşkarlayıb.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Ağstafa rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, rayonun Qarahəsənli kənd sakini, əvvəllər məhkum olunmuş İlqar Xəlilovun evinə baxış zamanı 9 kiloqram 952,58 qram marixuana, həyətyanı sahəsindən  çəkisi 4,1 kiloqram olan 3 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Xəlilov həbs edilib və barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti