...

Azərbaycanın cənubunda çoxuşaqlı ana intihar edib

Hadisə Materials 6 Oktyabr 2008 12:34 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 06 oktyabr /Trend News, müxbir P.Əliyeva/ Azərbaycanın cənubunda 50 yaşlı 4 uşaq anası intihar edib.

Lənkəran rayon Prokurorluğunun müstəntiqi Rəfael Bədəlovun bazar ertəsi Trend -un bölgə müxbirinə verdiyi xəbərə görə, Xanbulan kənd sakini, 1958-ci il təvəllüdlü Əşrəfova Ərkinaz Həsən qızı qonşusunun həyətindəki tövlədən özünü kəndirlə asaraq intihar edib.

Qonşu səhər saatlarında tövləyə gedərkən hadisədən xəbər tutub.

Faktla bağlı Prokuroluqda araşdırma aparıldığını deyən müstəntiq Əşrəfovanın intiharının səbəbinin hələlik müəyyənləşdirilmədiyini bildirib.

Dünya Psixiatriya Assosiasiyasının konqresində 21-ci əsr "depressiya və intiharlar əsri" adlandırılıb.

Dünyada özünə qəsd hadisələrinin sayına görə postsovet ölkələri öndə gedir. Bu sırada birincilik Litvaya məxsusdur. Onluğu isə bu il müvafiq olaraq 36 nəfərlə Rusiya, 30 nəfərlə Qazaxıstan, 28 nəfərlə Macarıstan, 26 nəfərlə Latviya və Sloveniya, 25 nəfərlə Ukrayna, 24 nəfərlə Yaponiya və 21 nəfərlə Estoniya qapayır.
Azərbaycanda intiharların sayı barədə rəsmi statistika açıqlanmır.İntiharların statistikası prokurorluqda aparılsa da, bu barədə ictimaiyyətə məlumat verilmir.

Azərbaycanda intihar hadisələri əsasən şimal və cənub regionlarında daha çox qeydə alınır. Respublikada intihar hadisələri isə daha çox gənclər arasında qeydə alınır.

Hər il dünyada 60 milyon insan intihara cəhd edir. Lakin bunlardan bir milyonu öz istəyinə çatır. İntihar edən şəxslərin 90%-i depressiya xəstəsidir. Depressiya xəstələrinin 15%-i intihara cəhd nəticəsində həyatlarını itirirlər. Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti