...

Bakıda təhsil ocağında baş vermiş hadisə ilə bağlı xəsarət alanlardan bir nəfər də əməliyyat edildi – Səhiyyə Nazirliyi

Hadisə Materials 5 May 2009 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir S.Babayeva /

ÖTƏN həftə Azərbaycan Dövlət Neft Akademiyasında baş verən silahlı hücum zamanı yaralananlardan bir nəfərin vəziyyəti bu gün əməliyyat ediləndən sonra qənaətbəxşdir", - Azərbaycan Səhiyyə Nazirliyi xəbər verir.

"Hazırda tibbi yardım alan yaralıların sayı doqquz nəfərdir. Onlardan səkkizi Kliniki Tibbi Mərkəzdə (üçü reanimasiya, beşi şöbəyə köçürülüb), biri isə 4 nömrəli Mərkəzi Klinik Xəstəxanadadır", - Səhiyyə Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Bütün yaralılar üçün ilkin əməliyyat hazırlığı aparılıb, beşi təcili əməliyyat edilib. İki yaralının əməliyyatı bugünlərdə edilib.

"Xəstələrin durumu yaxşılaşır. Onlardan üçünün durumu orta ağır kimi qiymətləndirilir", - Səhiyyə Nazirliyi məlumat verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti