...

İstanbuldakı fəlakətin qarşısını almaq üçün tədbirlər görülür - Türkiyə Prezidenti

Hadisə Materials 9 Sentyabr 2009 16:15 (UTC +04:00)
Türkiyə Prezidenti Abdulla Gül İstanbulda baş vermiş sel nəticəsində dəyən ziyanın ödənilməsi üçün aidiyyatı qurumların təbdirlər gördüyünü bildirib.
İstanbuldakı fəlakətin qarşısını almaq üçün tədbirlər görülür - Türkiyə Prezidenti

Türkiyə Prezidenti Abdulla Gül İstanbulda baş vermiş sel nəticəsində dəyən ziyanın ödənilməsi üçün aidiyyatı qurumların təbdirlər gördüyünü bildirib. Bu barədə Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.

"İstanbuldakı təbii fəlakət misli görünməmiş hadisədir. Dəymiş ziyanın ödənilməsi üçün aidiyyatı qurumlar tərəfindən təbdirlər görülür", - Gül bildirib.

İstanbulda baş vermiş sel nəticəsində bu günə qədər ölənlərin sayı 30 nəfərə çatıb. Bu barədə Türkiyənin CNN Türk telekanalı məlumat verib

İstanbulda iki gün davam edən güclü yağışlar nəticəsində şəhərə və əhaliyə böyük ziyan dəyib. Yerli hidrometeoroloqların məlumatına görə, Türkiyədə qeyri-sabit hava şəraiti daha bir neçə gün davam edəcək.

Azərbaycanın İstanbuldakı konsulu Səyyad Aran Trend -a ölənlər arasında Azərbaycan vətəndaşlarının olmadığını bildirib.

Xəbər lenti

Xəbər lenti