...

Azərbaycanda Kür çayında suyun səviyyəsinin artması nəticəsində Şirvan şəhərində fərdi evlərə dəyən ziyan çoxalıb

Hadisə Materials 7 May 2010 12:12 (UTC +04:00)
Azərbaycanda Kür çayında suyun səviyyəsinin artması nəticəsində Şirvan şəhərində fərdi evlərə dəyən ziyan çoxalıb.
Azərbaycanda Kür çayında suyun səviyyəsinin artması nəticəsində Şirvan şəhərində fərdi evlərə dəyən ziyan çoxalıb

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Kür çayında suyun səviyyəsinin artması nəticəsində Şirvan şəhərində fərdi evlərə dəyən ziyan çoxalıb.

Şirvan Şəhər İcra Hakimiyyətindən cümə günü Trend-ə bildiriblər ki, Kürboyu məhəllələrdə 500-dək fərdi evin, 2 məktəbin həyətini su basıb. Daha ciddi ziyan dəyən evlərin sakinləri köçürülüb.

"Çiy kərpicdən tikilmiş evlərin və yardımcı tikililərin çoxu ciddi zədələnib, əkinlər və meyvə ağacları məhv olub. Şəhər icra hakimiyyəti başçısının sədrliyi ilə xüsusi komissiya yaradılıb. Şəhərdəki idarə və müəssisələrin, o cümlədən, "Meliorasiya və Su Təsərrufatı" ASC yerli bölmələrinin 20-dək texnikası səfərbərliyə alınıb. Fovqəladə Hallar Nazirliyinin mobil qüvvəsi hadisə yerindədir. Qurumun əməliyyatçıları 15-ə yaxın iritutumlu su nasosu quraşdıraraq, həyətlərin suyunu çəkib kənara axıdırlar", - məlumatda bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatda isə qeyd olunub ki, Kür çayında suyun ən yüksək səviyyəsinin qeydə alındığı 2003-cü illə müqayisədə indi 30 santimetr yuxarıdır. Kürdə hər saniyədə sukeçiriciliyinin həcmi müqayisə edilən dövrdəkinə nisbətən 400 kubmetr çoxdur.

Şirvan paytaxt Bakıdan 110 kilometr məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti