...

Bəndin yuyulması nəticəsində, Azərbaycanın İmişli rayonunun bəzi kəndləri daşqın suları ilə dolub - FHN

Hadisə Materials 21 May 2010 12:57 (UTC +04:00)
Sarısu gölünün İmişli rayonu ərazisindən keçən hissəsində mayın 21-nə keçən gecə saatlarında sahil-mühafizə bəndinin bir hissəsi yuyulub, - məlumatı cümə günü Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı yayıb.
Bəndin yuyulması nəticəsində, Azərbaycanın İmişli rayonunun bəzi kəndləri daşqın suları ilə dolub - FHN

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir K.Zərbalıyeva/

Sarısu gölünün İmişli rayonu ərazisindən keçən hissəsində mayın 21-nə keçən gecə saatlarında sahil-mühafizə bəndinin bir hissəsi yuyulub, - məlumatı cümə günü Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı yayıb.

Məlumata görə, nəticədə, rayonun Allahmədətli və Telişli kəndləri ətrafındakı bəzi ərazilər daşqın suları ilə dolub. Daşqın sularının törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların qüvvə və texnikasının köməkliyi ilə dağılmış bəndlərdə bərpa və bərkitmə işləri aparılır, müvafiq təhlükəsizlik tədbirləri görülür.

Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti