...

Azərbaycanın İsmayıllı rayonunun meşələrindəki yanğın söndürülüb - FHN

Hadisə Materials 5 Avqust 2010 11:09 (UTC +04:00)
İsmayıllı rayon icra başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Rəfael Əhmədov cümə axşamı Trend-ə bildirib ki, Şahdağ Milli Parkının ərazisi hesab olunan meşələrdə yanğın canlı qüvvə və helikopterin köməyi ilə söndürülüb. Əhmədov deyib ki, yanğın 4-5 ha sahəni əhatə edib.
Azərbaycanın İsmayıllı rayonunun meşələrindəki yanğın söndürülüb - FHN

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın İsmayıllı rayonundakı meşələrdə baş verən yanğın söndürülüb.

İsmayıllı rayon icra başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Rəfael Əhmədov cümə axşamı Trend-ə bildirib ki, Şahdağ Milli Parkının ərazisi hesab olunan meşələrdə yanğın canlı qüvvə və helikopterin köməyi ilə söndürülüb. Əhmədov deyib ki, yanğın 4-5 ha sahəni əhatə edib.

"Artıq elə bir təhlükə yoxdur. Yanğın söndürülüb, yanmış ərazilərdə tüstülənmə var", -  komissiya sədri vurğulayıb.

Əhmədov bildirib ki, Fövqəladə Hallar Nazirliyinin 200-ə yaxın  xilasedicisi, 300-ə yaxın yerli sakin ərazidə yanğının söndürülməsinə cəlb olunub.Yanğının söndürülməsində dünən FHN-in helikopterlərindən də istifadə edilib. Ərazi dağlıq zonada yerləşdiyindən, yanğının söndürülməsində texnikanın işləməsi qeyri-mümkündür.

Xəbər lenti

Xəbər lenti