...

Azərbaycan paytaxtında sərnişin mikroavtobusu ilə minik maşını toqquşub - ölən və yaralananlar var

Hadisə Materials 2 Sentyabr 2010 13:06 (UTC +04:00)
Azərbaycan paytaxtında ağır yol qəzası baş verib.
Azərbaycan paytaxtında sərnişin mikroavtobusu ilə minik maşını toqquşub - ölən və yaralananlar var

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir H.Bağırov/

Azərbaycan paytaxtında ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünən axşam Qaradağ rayonu ərazisində Vaqif Məmmədovun idarə etdiyi "Ford" markalı mikroavtobus Ələt qəsəbə sakini Anar Əzimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub.

Nəticədə, Əzimov və sərnişini - Ələt qəsəbə sakini Valeh Gərayev hadisə yerində ölüb. Xəsarət alan digər sərnişinlər - Əziz Əzizov, Elgün Mustafayev, həmçinin, "Ford" markalı mikroavtobusun sürücüsü Vaqif Məmmədov və sərnişinləri - Kiçikxanım Bünyatova, Zərifə İsmayılova, Pərviz Hümbətov, Rəna Xudaverdiyeva, Eldar Cabbarov və Samirə Zamanova yaralanıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti