...

Həcc ziyarətindən qayıdan azərbaycanlı axund yol qəzasında dünyasını dəyişib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 23 Noyabr 2010 13:07 (UTC +04:00)
Həcc ziyarətindən qayıdan Şamaxı rayonunun axundu ötən gün yol qəzasında dünyasını dəyişib.
Həcc ziyarətindən qayıdan azərbaycanlı axund yol qəzasında dünyasını dəyişib (ƏLAVƏ OLUNUB)

RED. əlav.: Dünyasını dəyişən zəvvarlar barədə məlumat əlavə olunub

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Həcc ziyarətindən qayıdan Şamaxı rayonunun axundu ötən gün yol qəzasında dünyasını dəyişib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova çərşənbə axşamı Trend-ə bildirib ki, QMİ Qazılar Şurasının üzvü, qazı Mustafa Məmişov ziyarətdən sonra Şamaxı rayonuna qayıdarkən yolda avtomobil qəzasına düşüb və aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bu il Həcc ziyarətində iştirak edən 3 azərbaycanlı zəvvar vəfat edib. Onlardan Duha Məmmədova Məkkədə, Xanbala Atakişiyev Suriyanın Şam şəhərində vəfat ediblər.

68 yaşlı Mafi Nəzərov isə Həccdən qayıdarkən Suriyada dünyasını dəyişib.

Bu ilki Həcc ziyarətində 2000 azərbaycanlı zəvvar iştirak edib. Bu il Azərbaycandan müsəlmanların Həcc ziyarəti üçün ümumilikdə 2000 nəfərlik kvota ayrılıb. Zəvvarların 1200 nəfəri avtobus, 800 nəfəri isə təyyarə ilə Həccə gediblər.

Xəbər lenti

Xəbər lenti