...

Azərbaycanın cənub bölgəsindəki meşədə yanğın baş verib

Hadisə Materials 14 Dekabr 2010 13:10 (UTC +04:00)
Azərbaycanın cənub bölgəsindəki meşədə yanğın baş verib.
Azərbaycanın cənub bölgəsindəki meşədə yanğın baş verib

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın cənub bölgəsindəki meşədə yanğın baş verib. Bu barədə çərşənbə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dekabrın 13-də Yardımlı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 1 saylı meşəbəyliyinin 2 saylı meşə dolayında yanğın hadisəsi baş verib.

İlkin ehtimala görə, yanğının səbəbi ovçuların və ya çobanların odla ehtiyatsızlığı olub.

Yanğın saat 16:00 radələrində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin yerli qurumları və əhalinin iştirakı ilə tam söndürülüb.

Ümumilikdə, 5 hektar ərazini əhatə etmiş yanğın zamanı yalnız xəzəl və ot örtüyü yanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və xalqımızın milli sərvəti olan meşələri qorumağa çağırır.

Son bir ayda Azərbaycanın meşə ərazisində dörd yanğın hadisəsi qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti