Azərbaycan, Bakı, 27 dekabr /Trend/
Şəmkirdə 840 manata görə qadın qətlə yetirilib.
Trend-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Şəmkirdə Kifayət Nəbiyevanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Görülən zəruri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəbiyevanı qətlə yetirənlərdən Sarıtəpə kənd sakini Ramin Şirəliyev tutulub, Yeni Göyçə kənd sakini Arzu Alıyevlə bağlı isə əməliyyat-axtarış tədbirləri aparılır. Araşdırma zamanı məlum olub ki, hər iki şəxs Nəbiyevanın evindən 840 manat pul oğurlayıblar.
Şirəliyevlə bağlı aparılan əməliyyat təbdirləri nəticəsində onun Gəncə şəhər sakini Röyal Sadıqovla birlikdə törətdiyi daha bir quldurluq əməlinin üstü açılıb. Məlum olub ki, onlar Şəmkir rayonu Seyfəli kənd sakini Lətifə Hacıyevanın evinə girərək onu döyüb və evdən pul oğurlayıblar.