...

Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkəti bərpa olunub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 15 Yanvar 2011 11:34 (UTC +04:00)
Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, polislər yolu bağlayan aksiya iştirakçılarını kənarlaşdırıb və yolda hərəkət bərpa olunub.
Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkəti bərpa olunub (ƏLAVƏ OLUNUB)

Hərəkətin bərpası ilə bağlı məlumat əlavə olunub (ilk xəbər saat 11:15-də yayılıb).

Azərbaycan, Bakı, 15 yanvar/Trend, müxbir K. Zərbalıyeva/

Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkəti bərpa olunub.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, polislər yolu bağlayan aksiya iştirakçılarını kənarlaşdırıb və yolda hərəkət bərpa olunub.

Binəqədi rayon Polis İdarəsindən Trend-ə bildirilib ki, bu gün səhər saatlarında Binəqədi rayonu ərazisində Bakı-Sumqayıt magistralı boyunca inşa edilmiş qanunsuz tikililərin sökülməsinə etiraz olaraq aksiya keçirilib. Aksiya iştirakçıları yolu bağlayaraq evlərindən çıxmayacaqlarını, çıxarılacaqları halda təzminat ödənilməsini tələb ediblər.

Hadisə yerinə Binəqədi rayonu Polis İdarəsi və Post Patrul Xidmətinin əməkdaşları gəliblər. Onların müdaxiləsindən sonra aksiya dağıdılıb.

Qanunsuz tikililərin sökülməsi haqqında qərar bu rayonda yeni metro stansiyanın inşası ilə bağlı qəbul olunub.

Xəbər lenti

Xəbər lenti