...

Azərbaycanın Qazax rayonunda Rəsm Qalereyasındakı yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 29 Mart 2011 14:24 (UTC +04:00)
Azərbaycanın Qazax rayonunda Rəsm Qalereyası yanır.
Azərbaycanın Qazax rayonunda Rəsm Qalereyasındakı yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

6-cı abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:54-də yayılıb)

Azərbaycan, Qazax, 29 mart /Trend/

Azərbaycanın Qazax rayonunda Rəsm Qalereyası yanır.

Trend-in bölgə müxbirinin verdiyi məlumata görə, bu gün saat 13:00 radələrində rayon mərkəzindəki Rəsm Qalereyasında güclü yanğın başlayıb.

Məlumata görə, hadisə zamanı qalereyadakı bəzi rəsm əsərləri yanıb.

İlkin ehtimala görə, yanğına otaqlardan birindəki kondisionerdə nasazlıq səbəb olub.

Hazırda yanğın rayon yanğından mühafizə şöbəsinin əməkdaşları tərəfindən söndürülür.

Faktla bağlı araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyinin Qazax rayon şöbəsinin rəisi Əziz Aşurov Trend-ə bildirib ki, yanğın söndürülüb, hadisə zamanı Rəsm Qalereyasındakı rəsm əsərlərinə ziyan dəyməyib.

Şöbə rəisi yanğına otaqda kondisionerdəki nasazlığın səbəb olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti