Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Bakı şəhər sakinlərindən saxta əsginazlar götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Natiq Yaqubov, Cəmilə İsmayılova, Faiq Ağayev, Rahib Əliyev və Bərdə rayon sakini Ədalət Abbasovdan 1 ədəd saxta 100 manatlıq, 9 ədəd saxta 50 manatlıq, 8 ədəd saxta 20 manatlıq əsginazlar, 6 ədəd bir üzü çap olunmuş 20 manatlıq əskinaz və 2 ədəd katric götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır