...

Türkiyədə 16 məktəbli saqqızdan zəhərlənib

Hadisə Materials 21 Aprel 2011 12:27 (UTC +04:00)
Çərşənbə günü Türkiyənin Konya şəhərində 9-14 yaşlı 16 məktəbli saqqızdan zəhərlənib. Trend-in məlumatına görə, bu barədə "Vətən" qəzeti yazıb.
Türkiyədə 16 məktəbli saqqızdan zəhərlənib

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Çərşənbə günü Türkiyənin Konya şəhərində 9-14 yaşlı 16 məktəbli saqqızdan zəhərlənib. Trend-in məlumatına görə, bu barədə "Vətən" qəzeti yazıb.

Şagirdləri xəstəxanaya çatdırıblar və onlara lazımi yardım göstərilib. Məktəblilərin bəzilərini həmin gün buraxıblar.

Məktəblilərin şagirdlərdən birinin məktəbə gətirdiyi saqqızdan zəhərləndikləri müəyyənləşdirilib.

Zəhərlənənlərdən birinin valideyninin şikayətinə əsasən, Konya şəhərinin prokurorluğu tərəfindən cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti