...

Fransa Prezidentinə hücum olub

Hadisə Materials 30 İyun 2011 17:44 (UTC +04:00)
Cümə axşamı Fransa Prezidenti Nikola Sarkoziyə əhali ilə görüşü zamanı hücum olub.
Fransa Prezidentinə hücum olub

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Cümə axşamı Fransa Prezidenti Nikola Sarkoziyə əhali ilə görüşü zamanı hücum olub. Bu zaman naməlum kişi Prezidentin çiynindən tutaraq onu maneədən kənara çıxartmağa çalışıb. Trend-in məlumatına görə, bu barədə "Reuter" agentliyi xəbər verib.

Sarkozi Tuluza şəhəri yaxınlığında merlərin toplantısında iştirak edib. Naməlum şəxs onun kostyumundan yapışan zaman o, izdihamın içərisində hərəkət edirdi və insanların əllərini sıxırdı.

Xəbər lenti

Xəbər lenti