...

Bakıda yol polisi maşını ilə digər avtomobil ağır yol qəzası törədib

Hadisə Materials 15 Avqust 2011 10:13 (UTC +04:00)
Bu gün səhər saat 9:30 radələrində Bakıda, "Gənclik" metrosu yaxınlığında yol patrul polis avtomobili ilə "Mersedes" markalı avtomobil toqquşub.
Bakıda yol polisi maşını ilə digər avtomobil ağır yol qəzası törədib

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün səhər saat 9:30 radələrində Bakıda, "Gənclik" metrosu yaxınlığında yol patrul polis avtomobili ilə "Mersedes" markalı avtomobil toqquşub.

Trend-in məlumataına görə, ağır yol qəzası nəticəsində yol kənarındakı səkinin bir hissəsi dağılıb, işıq dirəyi aşıb.

Şahidlərin verdiyi məlumata görə, yol polisi əməkdaşı və digər avtomobilin sürücü xəsarət alıb.

Hadisə yerində araşdırma aparılır.

Hadisə ilə bağlı hələlik rəsmi məlumat almaq mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti