...

İranda 12 yaşlı uşaq ruh olmaq üçün özünü asıb

Hadisə Materials 8 Sentyabr 2011 13:41 (UTC +04:00)
İranda 12 yaşlı Məhəmməd Mehdi adlı uşaq serial qəhrəmanlarından biri kimi ruh olaraq dostlarının və valideynlərinin onun dalınca nə danışdığını öyrənmək üçün özünü asıb.
İranda 12 yaşlı uşaq ruh olmaq üçün özünü asıb

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

İranda 12 yaşlı Məhəmməd Mehdi adlı uşaq serial qəhrəmanlarından biri kimi ruh olaraq dostlarının və valideynlərinin onun dalınca nə danışdığını öyrənmək üçün özünü asıb. Bu barədə Trend İranın "Hamshahri" qəzetinə istinadən məlumat verir.

Məhəmməd Mehdi valideynləri evdə olmayan zaman "Behiştə 5 kilometr" adlı serialın qəhramanı kimi olmaq istəyib. Uşaq komaya düşüb və hazırda xəstəxanadadır. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Xəbər lenti

Xəbər lenti