...

Azərbaycanda saxta tələbə biletlərinin hazırlanması faktı aşkarlanıb

Hadisə Materials 12 Oktyabr 2011 14:46 (UTC +04:00)
Azərbaycanın Cəlilabad rayonunda saxta tələbə biletlərinin hazırlanması faktı aşkarlanıb
Azərbaycanda saxta tələbə biletlərinin hazırlanması faktı aşkarlanıb

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Cəlilabad rayonunda saxta tələbə biletlərinin hazırlanması faktı aşkarlanıb.

Trend-in Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, bu il iyunun 14-də Cəlilabad rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən rayonun Sabirabad kənd sakini Əsgərağa Sadatovun həmkəndlisi Ruslan İmanovun və Cəlilabad şəhər sakini Zaur Abdullayevin etimadlarını qazanaraq kollecə qəbul etdirəcəyi adı ilə onlara saxta tələbə bileti verməsi və müvafiq olaraq onlardan 1500 və 2000 manat pul alması müəyyən edilib. Faktla əlaqədar Cəlilabad RPŞ-də cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti