...

Bu il Bakıda qeydə alınan yol qəzalarının yarıdan çoxu piyadaların vurulması olub

Hadisə Materials 15 Noyabr 2011 13:07 (UTC +04:00)
Bu ilin yanvar ayından noyabrın 12-ə qədər Bakıda qeydə alınan yol qəzalarının 51 faizi təyin olunmayan yerlərdən keçən piyadaların vurulması ilə bağlı olub.
Bu il Bakıda qeydə alınan yol qəzalarının yarıdan çoxu piyadaların vurulması olub

Azərbaycan, Bakı, 15 noyabr / Trend müxbir E.Mehdiyev/

Bu ilin yanvar ayından noyabrın 12-ə qədər Bakıda qeydə alınan yol qəzalarının 51 faizi təyin olunmayan yerlərdən keçən piyadaların vurulması ilə bağlı olub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov cərşənbə axşamı Trend-ə bildirib ki, ilkin məlumata görə, yanvar-noyabr aylarında paytaxtda 1151 yol qəzası qeydə alınıb. Bu qəzalarda 288 nəfər həlak olub, 1291 nəfər xəsarət alıb.

Qəzaların 49 faizi avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.

İl ərzində piyadaların vurulmasına qarşı mübarizə məqsədilə keçirilən tədbirlərdə 1610 piyada inzibati qaydada cəzalandırılıb. Avtomobillərin yüksək sürətlə idarə olunmasına qarşı keçirilən tədbirlər zamanı isə 4041 sürücü inzibati məsuliyyətə cəlb olunub.

İl ərzində yol polisi tərəfindən 301 609 nəfər hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Onlardan 38 643-ü yol ayrıcını keçmə qaydalarının, 2347-si ötmə, manevr qaydalarının pozulması, 1926-sı qəza şəraitinin yaradılması, 1292-si polisin qanuni tələbini yerinə yetirilməməsi, 18 100-ü təhlükəsizlik kəmərindən istifadə edilməməsi, 196-sı yüksək tonlu qadağan olunmuş səs siqnallarından istifadə olunması, 326-sı əldə mobil telefon saxlama və istifadə etmə səbəbindən cəzalandırılıb.

Tədbirlər zamanı 3693 sərxoş sürücü, 292 avtoxuliqan müəyyən edilib və məsuliyyətə cəlb olunub.

İşıqforun qırmızı işığında keçən 11 891, görünüşü məhdudlaşdıran pərdə, plyonkalı avtomobil idarə dən 9214 sürücü cəzalandırılıb. Sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 2109 fakt qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti