...

Bakıda qadının mənzilindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb

Hadisə Materials 9 Yanvar 2012 09:26 (UTC +04:00)
Bakıda qadının mənzilindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.
Bakıda qadının mənzilindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Bakıda qadının mənzilindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Nizami Rayon Prokurorluğundan bazar ertəsi Trend-ə verilən məlumata görə, rayonun Rüstəm Rüstəmov küçəsi 14, mənzil 87-də yaşayan Fatma Məmmədovanın evindən 7 min manatlıq qızıl-zinət əşyaları, 10 min avro və 4 min manat məbləğində pul oğurlanıb.

Bu barədə polisə ev sahibəsi məlumat verib. Oğurluğu edən şəxs qapını açarseçmə yolu ilə açaraq mənzilə daxil olub.

Oğurluğun kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Məlumata görə, Məmmədova biznes fəaliyyəti ilə məşğuldur.

Xəbər lenti

Xəbər lenti