Azərbaycan, Bakı, 13 fevral / Trend müxbir K.Zərbalıyeva/
Bakıda məktəb direktorunun otağından oğurluq edilib.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, fevralın 12-də Bakı şəhər sakinləri Kənan Cəfərov, Emil Qasımov və Natiq Bağırov Seyidzadə küçəsində yerləşən 9 saylı orta məktəbdən direktorun otağından qapını sındırma yolu ilə proektor, manitor, klaviatura, yaddaş qurğusu və madem oğurlayarkən Çevik Polis Alayının, Nəsimi Rayon Polis İdarəsinin və 19-cu polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıblar.
Bakıda məktəb direktorunun otağından oğurluq edilib
Bakıda məktəb direktorunun otağından oğurluq edilib.
